fim.az

Sülhə maneə Qarabağ deyil, o həll olundu… - Abramyan

5-10-2023, 14:55

Sülhə maneə Qarabağ deyil, o həll olundu… - Abramyan


“Son günlər sülh sazişinin imzalanması ilə bağlı gözləntilər var idi. Bir çox insanlarda belə bir təəssürat yaranırdı ki, Qarabağ Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olmasında problemdir. Azərbaycanın güc tətbiqindən sonra bu məsələ, əslində, həll olundu. Reallıqda isə sülh müqaviləsi təkcə Qarabağın itirilməsi ilə bitmir”.

Bunu Ermənistan parlamentinin müxalif “Mənim şərəfim” blokunun lideri Tiqran Abramyan bildirib.

“Ermənistan-Azərbaycan münasibətlərində problemlər yaradan və təbii olaraq bu sazişin imzalanmasına mane olan xeyli sayda problemlər var. Birinci problem demarkasiya və delimitasiya ilə bağlı prosesdir, Ermənistan və Azərbaycanda yanaşmalar tamamilə fərqlidir.

İkinci problem kommunikasiya əlaqələri ilə ilə bağlıdır: Azərbaycan irəli sürdüyü “Zəngəzur dəhlizi” layihəsinin reallaşdırılması. Bu mövzu həm də sülh müqaviləsinin mümkün imzalanmasına böyük maneələr yaradır. Biz reallıqda hansı maneələrin olduğunu bilirik”, - Abramyan qeyd edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 203}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22