fim.az

Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...

17-05-2024, 15:30

Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...


Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasındakı sərhəddə Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın və Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin sədrliyi ilə Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə, Komissiyanın, eyni zamanda Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının iclası keçirilib. Komissiyanın iclası zamanı qəbul edilmiş 19 aprel 2024-cü il tarixli 8-ci iclasın protokoluna uyğun olaraq, görülən işlərin müzakirəsi aparılıb. 1979-cu ildə növbətçilik prosedurundan keçmiş SSRİ Silahlı Qüvvələri Baş Qərargahının 1976-cı il topoqrafik xəritəsinə uyğun olaraq yerdəki geodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdirilməsi nəzərə alınmaqla birgə tərtib edilmiş və razılaşdırılmışdır. Baqanis (Ermənistan Respublikası) - Bağanis Ayırım (Azərbaycan Respublikası), Voskepar (Ermənistan Respublikası) - Aşağı Əskipara (Azərbaycan Respublikası), Kirants (Ermənistan Respublikası) - Heyrimli (Azərbaycan Respublikası) və Berkaber (Ermənistan Respublikası) - Qızıl Hacılı (Azərbaycan Respublikası) Sovet İttifaqının dağılması zamanı onun tərkibində mövcud olmuş hüquqi qüvvədə olan respublikalararası sərhədə uyğunlaşdırmaq məqsədi ilə görüşün yekunları üzrə Protokol imzalanıb. Növbəti görüşün tarixi və yeri yaxın vaxtlarda razılaşdırılacaq.
Politoloq Samir Hümbətov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, əslində 79-cu il xəritəsi 76-cı ildə qəbul edilmiş topoqrafik xəritə əsasında aparılır.

“Orada bir neçə ərazi var ki, onlar Ermənistana həmin dövrdə Azərbaycandan “qardaşlıq” dəstəyi olaraq verilmişdi. Bu yerlərin örüş yerləri kimi istifadə edilməsi nəzərdə tutulurdu. Həmin ərazilərin qaytarılması məsələsi var. 76-cı ilin xəritələrinin üzərində daha çox buna istinad olunur. Ona görə mən düşünürəm ki, 76-cı il xəritələrinə istinad edilir. Həmin xəritə 79-cu ildə təsdiqlənib.

Xəritələrin istinad edilməsi o deməkdir ki, Ermənistanda faktiki olaraq qalan kəndlər, ərazilər var ki, onların bəziləri Basarkeçər ərazisindədir. Bəziləri indi Ermənistanın Sünix adlandırdığı Zəngəzur ərazisi var. Xəritə həmin ərazilərin yenidən Azərbaycana qaytarılmasını da özündə ehtiva edir. İndi bunu tam olaraq cəmiyyətə açıqlamaq olmaz. Yəni o işin prosesin gedişini gözləyəcəklər”-deyən politoloq hesab edir ki, 76-cı il topoqrafik xəritəsi üzərindən araşdırma aparılır və həmin ərazilərin kimə məxsus olması müəyyənləşdiriləcək, bundan sonra qərar veriləcək.

Politoloqun fikrincə, bu hər bir halda Azərbaycanın maraqlarına uyğundur və dövlət bunu hesablayır.

“Ermənistanda qalan ərazilərin geri qaytarılması məsəsləsi var. Təbii ki, Ermənistana seçim yeri qoyulur. Ermənsitan ya 18, 20-ci il xəritələri ilə razılaşmalı idi, ya da 76, 79-cu illərin xəritələri ilə. Ermənistan daha çox ərazi əlindən çıxmasın deyə tez razılaşıb və bu prosesi sürətli şəkildə həyata eçirməyə çalışır”-deyə politoloq bildirib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 187}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22