fim.az

Paşinyan Amerikadan... Amerika da ondan ARXAYIN DEYİL... - FAKT BUDUR!

9-07-2024, 14:22

Paşinyan Amerikadan... Amerika da ondan ARXAYIN DEYİL... - FAKT BUDUR!


Ermənistanın baş naziri Nikol Paşinyan həm yaxın, həm də uzaq perspektivdə Rusiyadan uzaqlaşmağa çalışır. Yaxın perspektiv Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etməsi və Avropa İttifaqına üzvlük üçün Brüsselə müraciət etməsidirsə, uzaq perspektiv ABŞ və Fransanı Ermənistanda mobil atom elektrik stansiyalarının tikintisinə təşviq etməkdir. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Vaşinqtondakı görüş və müzakirələrinin bir qismi məhz bu mövzuya həsr olunub. İrəvan Vaşinqtona təkliflərini verib. Vaşinqton Ermənistanın Rusiyanın enerji asılığından qurtulmasını istəyir. Ancaq bu o demək deyil ki, Vaşinqton yaxın müddətdə Ermənistan ərazisində atom elektrik stansiyasının tikintisinə başlamağa hazırdır. Nikol Paşinyan Vaşinqtonun yanındadır, ancaq bir gün onu devirsələr və ya hakimiyyətdən uzaqlaşdırsalar, yerinə gələn Rusiyanın adamı çıxsa necə olacaq? Vaşinqton Ermənistandan tam arxayın olmadığına görə bu ölkədə atom elektrik stansiyası tikməkdə qərarlı deyil.

Elxan Şahinoğlu


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 184}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22