fim.az

AzTV-də bozqurd süjeti: Sizin xoruzunuz..! – VİDEO

9-07-2024, 10:09

AzTV-də bozqurd süjeti: Sizin xoruzunuz..! – VİDEO


UEFA-nın Avstriya ilə oyunda bozqurd işarəsi göstərdiyinə görə Türkiyə yığmasının oyunçusu Merih Demirala iki oyunluq cəza verməsi ciddi müzakirələrə səbəb olub.

UEFA-nın bu qərarı türk dünyasında etirazla qarşılanıb.
Bir çox dövlətlərin bu cür simvolları olduğunu bildirən türkiyəlilər və digər türk milləti nümayəndələri belə bir qərarın verilməsini haqsızlıq və qorxaqlıq adlandırır.

Azərbaycanda da ciddi müzairələrə səbəb olan bu hadisəyə dövlət başçısı səviyyəsində reaksiya verilib. Prezident İlham Əliyev “X” hesabındakı paylaşımı ilə türkiyəli futbolçuya dəstəyini ifadə edib. Merihə qarşı tətbiq edilən cəzanın ədalətsiz olduğunu deyən Azərbaycan lideri bunu qətiyyətlə pisləyib.

Ötən gün isə "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov efirdə bozqurd işarəsi ilə bağlı təsirli çıxış edib.

Avropa ilə türk dünyasının dəyərlərini müqayisə edən sədr bu cəzanı Avropanın türk dünyasından qorxması ilə əsaslandırıb:

“Nə olub, cənablar, görəsən, niyə türk liderlərinin Şuşada toplanması və məhz Şuşadan verilən bəyanatlar sizi bu qədər narahat edir? Biz ki sülhdən, əməkdaşlıqdan, təhlükəsizlikdən danışırıq. Yəni sizin əsrlərdir deyib, amma etmədiyiniz, üzərində min bir oyun qurduğunuz dəyərlərdən, o zaman niyə narahatsınız? Deməli, məsələnin, yaxud narahatlığın kökü daha dərindir. Nədir? Bax, bu - əli ilə bozqurd işarəsi göstərir.

Bəli, bu gün Avropanı, yaxud bəlli dairələri narahat edən, qorxudan türk dünyasının güclənməsidir. Bu gün Avropa türk dünyasının güclənməsini stimullaşdıran nəinki tədbir, hətta adi işarədən belə qorxur. Bu qorxunu da ən müxtəlif platformalarda nümayiş etdirir.

Türk futbolçunun bozqurd işrəsini göstərdiyinə görə cəza alması hüquqi baxımdan tamamilə absurd, mənəvi baxımdan isə qorxudan başqa bir şey deyil. Hörmətli UEFA rəsmiləri, indi biz nə edək? Sizin rəmziniz bax, budur (xoruz), bizimki də bu (bozqurd).

Başqa formada desək, bu sizin dəyərləriniz (kişinin kişi ilə evlənməsi), bu da bizim (şəhid Xudayar Yusifzadə oxuyur, arxadakı əsgər bozqurd işarəsi göstərir).

Yəni hər kəs öz dəyərləri ilə yaşayır və xoşbəxtdir. Yəni bizim sizin xoruzunuzla işimiz yoxdur, siz də bizim canavara barmaq uzatmayın”, - deyə o əlavə edib.

Daha ətraflı videoda:


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 180}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22