fim.az

“Bir mənzilin bir neçə şəxsə satılmasında təkcə sahibkar məsuliyyət daşımır” — Deputat

30-11-2018, 14:41

“Bir mənzilin bir neçə şəxsə satılmasında təkcə sahibkar məsuliyyət daşımır” — Deputat
















“Azərbaycanda ən ciddi problem yeni tikilən mənzillərlə bağlıdır. Bu vaxta qədər tikilən binalarda hər hansı məsələ ilə bağlı sakinlər söz sahibi deyil”.
Bu sözləri millət vəkili Fazil Mustafa Milli Məclisdə “Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Fazil Mustafa mənzil fırıldaqçılığında bütün məsuliyyətin sahibkarın üzərində qalmasının doğru olmadığını bildirib:

“Sahibkarın boynuna o qədər yük qoyular ki, onlar on illərlə gəlir götürmür. Bununla yanaşı bir mənzilin bir neçə şəxsə satılmasında təkcə sahibkar məsuliyyət daşımır. Həmin sahibkara yenidən bu işlə məşğul olmağa imkan yaradılır. Hərənin bir himayəçisi olanda nə olar ki? Mənzilinin pulunu verən hər kəs mülk sahibi olmalıdır. Mənzil firıldaqçılığı aradan qaldırmaq üçün bu şərtdir. Onsuz da bina tikiləndən sonra liftin, mərtəbələrin təmirini də mənzil sahibləri edir. Hesab edirəm ki, kosmetik dəyişikliklə məsəli həll edə bilmərik. Daha ciddi təkliflər irəli sürməliyik”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 368}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22