fim.az

“Xeyriyyəçiliklə məşğul olan şirkətlər vergidən azad edilsin” — Millət vəkili

30-11-2018, 14:44

“Xeyriyyəçiliklə məşğul olan şirkətlər vergidən azad edilsin” — Millət vəkili
















"Xeyriyyəçilik fəaliyyəti ilə məşğul olanlar bu işlə bağlı vergidən azad olmalıdır".
Bu sözləri millət vəkili Qüdrət Həsəbquliyev Milli Məclisdə Vergi Məcəlləsinin ikinci oxunuşda müzakirəsi zamanı təklif edib.

Millət vəkili bildirib ki, fəaliyətindən gəlir əldə etməyən şirkətləri vergiyə cəlb etmək doğru deyil:

“Bu yaxınlarda Birinci vitse prezident Mehriban Əliyevanın təşəbbüsü ilə “Paşa İnşaat” tərəfindən məcburi köçkünlər üçün böyük bir yaşayış kompleksi tikildi. Bu zaman həmin şirkəti vergiyə cəlb etmək nə qədər doğrudur? Qəbul etdiyimiz qanunlar ictimai əxlaqla dəstəklənməlidir. Mənfəət görmədiyi işə görə şirkətdən mənfəət vergisi almaq doğru deyil.Müəyyən hüquqi, fikiz şəxsləri vergidən azad etsək cəmiyyətə tövhə vermiş olmalıyıq”.

Millət vəkili həmçinin məktəb, bağça tikintisi fəaliyyətini stimullaşdırılması üçün bu işi həyata keçirən şirkətlərin 3 il vergidən azad olması, 5 il güzəştin olmasını təklif edib:

“Bəzi məktəblərdə dərslər bir neçə növbəli keçirilir. Sahibkarların stimullaşdırılması üçün vergi güzəştlər edilməlidir. Bununla yanaşı bölgələrdə investisiya qoyan sahibkarlara da bu cür güzəşt edilə bilər. Bununla Bakını yüklənməkdən xilas edərik, regionlar da inkişaf edər”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 121}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel: (+99455) 252 72 22