fim.az

Nazirlik Sumqayıtda 19 şadlıq evini cərimələdi

5-12-2018, 13:00

Nazirlik Sumqayıtda 19 şadlıq evini cərimələdi
















Sumqayıt şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərindən atmosferə atılan tullantıların minimuma endirilməsi, mövcud standartlara cavab verən qurğuların quraşdırılmasının yoxlanılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən monitorinq və araşdırmalar aparılır.

Bu barədə ETSN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən monitorinqlər zamanı şadlıq saraylarından 22-nin ətraf ərazilərindən analiz aparılması üçün hava nümunələri götürülüb.

Analizlərin nəticələrinə əsasən 19 şadlıq sarayında atmosfer havasına atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib. Faktla bağlı akt və protokol yazılıb, cərimələr tətbiq edilib. Mövcud standartlara cavab verən qurğuların quraşdırılması məqsədilə şadlıq saraylarının rəhbərlərinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Aparılan araşdırma və monitorinq zamanı yalnız “Okean”, “Park Palace”, “Kiparis” şadlıq saraylarında təmizləyici qurğunun quraşdırıldığı məlum olub.

Monitorinq və araşdırmalar hazırda digər ictimai-iaşə obyektlərində davam etdirilir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 393}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22