fim.az

"5 rayonunun meşələrində kameralar quraşdırılıb" — Nazirlik rəsmisi

28-12-2018, 10:58

"5 rayonunun meşələrində kameralar quraşdırılıb" — Nazirlik rəsmisi
















"Artıq Azərbaycanın 5 rayonunda yerləşən meşələrdə kameralar quraşdırılıb".
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən “Ekoloji gündəm medianın və ictimaiyyətin baxış prizmasında: ətraf mühit sahəsində görüləcək işlər və təhlillər" mövzusunda QHT və media nümayəndələri ilə dialoq zamanı nazir müavini Firdovsi Əliyev deyib.

O bildirib ki, kameralar daha çox kənar müdaxilə olan yerlərdə quraşdırılıb: "Bu il Zaqatala, Oğuz, Şəki, Qəbələ və Qax rayonlarında yerləşən meşələrdə kameralar quraşdırılıb. Bu iş gələn il davam etdiriləcək".
Nazir müavini qeyd edib ki, növbəti ildə kameraların sayı artdıqca operator mərkəzinin yaradılması nəzərdə tutulub: "Kameralar 24 saat işləyir və günəş batareyası ilə təmin edilib".


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 228}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22