fim.az

Kimsəsiz qadının müalicə xərcləri ödəniləcək — Mehriban Əliyevadan tapşırıq

14-02-2019, 11:00

Kimsəsiz qadının müalicə xərcləri ödəniləcək — Mehriban Əliyevadan tapşırıq
















Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva kimsəsiz, Bərdə rayonunda azyaşlı oğlu ilə birgə çətin şəraitdə yaşayan, Hepatit B və onkoloji xəstəliklərdən əziyyət çəkən Nazilə Musayevanın müalicəsi üzrə müvafiq tapşırıq verib.
Hazırda Bakıda xəstəxanaya yerləşdirilən Nazilə Musayevanın əməliyyatı və gələcək müalicə ilə bağlı bütün xərclər Heydər Əliyev Fondu tərəfindən təmin olunacaq.
Eyni zamanda Nazilə Musayevanın müalicəsi başa çatdıqdan sonra sosial təminatının həll olunması üzrə də müvafiq tapşırıq verilib. Belə ki, N.Musayevanın əlilliyinin qiymətləndirilməsi aparılacaq, əlillik qrupu təyin olunduqdan sonra ona əlilliyə görə aylıq pensiya və ya sosial müavinət ödənişinə başlanılacaq, öz istəyinə uyğun olaraq məşğulluğunun təminatı üçün də müvafiq tədbirlər görüləcək.

Kimsəsiz qadının müalicə xərcləri ödəniləcək — Mehriban Əliyevadan tapşırıq


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 340}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22