fim.az

Dövlət qulluqçularına ŞAD XƏBƏR — QƏRAR

29-11-2019, 12:08

Dövlət qulluqçularına ŞAD XƏBƏR — QƏRAR


"Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli qərarında dəyişiklik edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla "Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatı”nın "222950. Əməyin mühafizəsi xərcləri” maddəsindən sonra "222960. Dövlət qulluqçularının əlavə təhsil xərcləri” maddəsi əlavə edilib.
"Digər iş və xidmətlərin haqqının ödənilməsi” paraqrafında "222940. Əməyin mühafizəsi xərcləri” sözləri "222950. Əməyin mühafizəsi xərcləri”, "222960. Dövlət qulluqçularının əlavə təhsil xərcləri” sözləri ilə əvəz edilib.

"222950. "Əməyin mühafizəsi xərcləri” maddəsindən sonra aşağıdakı məzmunda maddə əlavə olunub:
"222960. "Dövlət qulluqçularının əlavə təhsil xərcləri” maddəsinə dövlət qulluqçularının əlavə təhsil xərcləri daxildir.

"222990 "Sair xərclər” maddəsinə "dinləyicilərin” sözündən sonra "(dövlət qulluqçuları istisna olmaqla)” sözləri əlavə edilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 326}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22