fim.az

Bakı-Sumqayıt qatarında sıxlıq aradan qaldırılacaq

17-12-2019, 14:00

Bakı-Sumqayıt qatarında sıxlıq aradan qaldırılacaq


"Sumqayıt-Bakı sərnişin qatarında sıxlığı mən də müşahidə etmişəm. Özüm gedib-gəlmişəm, sərnişin sıxlığı var".
Azvision.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bu gün Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında deyib.
Qurum rəhbəri bildirib ki, Bakı dəmir yolu xətti yalnız sərnişin daşımır, buradan həm də yük daşınır: "Məcburuq ki, səhər saat 11-ə qədər, axşam 4-dən sonra sərnişin daşınsın. Güzdək-Sahil yolunun yenilənməsi ilə əlaqədar Biləcəridə çeşidləmə stansiyasını, Şirvan və Ələt stansiyalarını köçürəcəyik. Bununla da Bakının xətlərinin sərnişinlərə xidmət etməsi üçün hazırlayacağıq. Buna bir qədər vaxt lazımdır. Bakı-Abşeron dairəsində 6 qatar çalışırdı. Bu gün 2 yeni qatar gətirilib. Dairə açılanda qatarın yolu uzanacaq. Qatar bütün dairəni gedəcəyi üçün həm məsafə intensivləşəcək, həm də yeni qatarlar cəlb edəcəyik. Qatar sayını artırmaqla sıxlığın qarşısını almış olacağıq. Bu gün ayrı-ayrı istiqamətlərə qatar gedir. Ona görə bu il belə ötüşdürəcəyik".

C.Qurbanov qeyd edib ki, yeni qatarlar 2021-ci ildən gəlməlidir: "Amma gələn il "Ştadler" kompaniyası ilə danışıqlar aparacağıq ki, 1 və ya 2 qatarın gətirilməsinə nail olaq. Onu götürəndən sonra sıxlıq aradan qaldırılacaq".


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 89}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel: (+99455) 252 72 22