fim.az

Dövlət hər vətəndaşa 90 manat verəcək – Gələn ilin sonuna kimi…

27-12-2019, 10:56

2020-ci ilin sonuna kimi Azərbaycanın bütün ərazilərində icbari tibbi sığorta sistemi tətbiq ediləcək.

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib.

Sistemə keçidin mərhələli şəkildə tətbiq ediləcəyini deyən Z.Əliyevin sözlərinə görə, gələn ilin ilk rübündə 20 rayon sistemə keçidlə əlaqədar yeni qayda ilə işləyəcək. Həmin dövrdə pilot layihənin tətbiq edildiyi 3 rayon da nəzərə alınarsa, icbari tibbi sığorta sisteminin tətbiq edildiyi rayonların sayı 23-ə çatacaq. İkinci rübdən qərb bölgəsi üzrə 17, 3-cü rübdən 14 rayon prosesə qoşulacaq.



Keçidin 4-cü mərhələsində isə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda sistem tətbiq ediləcək.
Qeyd edək ki, büdcədən hər bir vətəndaş üçün 90 manat (ümumi 900 mln) ayrılması nəzərdə tutulub. Həmçinin, ödənişlər 2020-ci ilin ilk 3 ayı tamamən dövlət tərəfindən ödəniləcək. Aprelin 1-dən isə vətəndaşlar ödənişə başlayacaq.

Dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqının tutulması müəyyən olunub. Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən isə aylıq hesablanan əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 1%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqının ödənilməsi müəyyənləşdirilib. İşsiz əhali, təqaüdçülər, şagirdlər, əyani təhsil alan tələbələr, sosial müavinət alan vətəndaşlar, kənd təsərrüfatı ilə məşğul olan şəxslər (fərdi və qrup şəkildə çalışan fermerlər) ödəniş ödəməyəcəklər. Xidmət aldığı zaman isə vətəndaşlar üçün yalnız öz paylarına düşən ödəniş məbləği limit məbləğ deyil. Vətəndaş zəruri olduğu halda limit qoyulmadan bu xidmətləri ala biləcək. (trend)


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 301}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22