fim.az

Kirayə yolla mənzil almaq istəyənlər belə müraciət etməlidir – İZAHLI TƏLİMAT

21-01-2020, 15:34

Kirayə yolla mənzil almaq istəyənlər belə müraciət etməlidir – İZAHLI TƏLİMAT


İpoteka və Kredit Zəmanət Fondu “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsilə yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə alınması üçün müraciətə dair istifadəçi təlimatını açıqlayıb.

Turkustan.info açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, 22 yanvar 2020-ci il tarixində başlayaraq mənzilləri satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi çərçivəsində elektron müraciətlərə başlanılacaq.

Açıqlanan məlumatlara görə, İpoteka və Kredit Zəmanət Fondu kirayə yolu ilə mənzil sahibi olmaq istəyənlərə 331 mənzil təqdim edəcək. Mənzillər Bakının Nizami (208 mənzil) və Xətai (40 mənzil) rayonlarında, həmçinin Xırdalan (58 mənzil) və Sumqayıt (25 mənzil) şəhərlərində yerləşir.

Kirayə ilə ev almaq istəyənlər aşağıdakı linkə daxil olaraq təlimata uyğun müraciət edə bilərlər. /Yeniavaz.com/


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 26}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel: (+99455) 252 72 22