fim.az

Seçkilərdə daha bir sürpriz – Bəzi dairələrdə qalib dəyişə bilər

20-02-2020, 13:17

Seçkilərdə daha bir sürpriz – Bəzi dairələrdə qalib dəyişə bilər


Azərbaycanda fevralın 9-da keçirilən Milli Məclisə növbədənkənar seçkilərdən sonra Mərkəzi Seçki Komissiyasına daxil olan müraciətlərə baxılır.

Turkustan.info Modern.az-a istinadən xəbər verir ki, seçkilərdən sonra şikayətlərin çoxluğu onlara baxılma prosesini də uzadır. Belə ki, indiyə qədər 4 seçki dairəsinin – 33 saylı Xətai Birinci, 35 saylı Xətai Üçüncü, 74 saylı Lənkəran kənd, 80 saylı İmişli-Beyləqan seçki dairələrinin nəticələri etibarsız sayılıb.

Mərkəzi Seçki Komissiyasına daxil olan şikayətlər əsasında bir çox dairələrdə məntəqələrin nəticələri də ləğv edilib.

Maraqlı sual yaranır, bir çox məntəqənin nəticələri ləğv edildiyi təqdirdə, bu, sonda ümumən dairənin nəticələrinin ləğvinə gətirə bilərmi?

Sualımızı cavablandıran MSK-nın mətbuat katibi Şahin Əsədli bildirib ki, belə bir hal mümkündür:

“Yəni hər hansı dairədə tutaq ki, 5 məntəqənin nəticəsi ləğv edilibsə, ola bilər bu qalibin nəticəsinə təsir etsin. Hətta yenidən hesablamada digər namizədin üstünlük qazanması da baş verə bilər. Amma indiyə qədər ləğv edilən 4 dairədən savayı, heç bir dairədə məntəqələrin ləğv edilməsi, üstünlük qazanan namizədin dəyişməsi ilə nəticələnməyib”.

Ş. Əsədli onu da xatırladıb ki, Seçki Məcəlləsinə əsasən dairə üzrə məntəqələrin 2/5-sinin nəticələri ləğv edilirsə, bu dairə üzrə nəticələr etibarsız sayılır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 299}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22