fim.az

Bakının bu qəsəbəsi problemlərə qərq olub — VİDEO

10-03-2020, 10:15

Bakının bu qəsəbəsi problemlərə qərq olub — VİDEO


Xəzər rayonu, Şağan qəsəbəsi Yeni Bağlar adlanan massivin yalnız adı yenidir, desək, yanılmarıq. Palçığa qərq olmuş küçələr, istifadəyə yararsız kanalizasiya sistemi bu massivin köhnə problemləridir.

 Oxu.AZ xəbər verir ki, bir neçə yerdən  aşıb-daşan çirkab suları küçəni cənginə alıb.

Sakinlərin sözlərinə görə, dəfələrlə aidiyyəti orqanlara bu barədə məlumat versələr də, onların müraciəti ilə maraqlanan olmayıb.

Qəsəbə sakinlərinin problemləri bununla da bitmir. Qəsəbədə içməli su xətti də mövcud deyil.

Qəsəbənin bələdiyyə nümayəndəsi Faiq Cəbrayılov problemin qısa müddətdə həll olunacağını bildirir. Onun sözlərinə görə, işləri Novruz bayramına qədər yekunlaşdıracaqlar.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 9}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel: (+99455) 252 72 22