fim.az

BNA-nın qabaqdangəlmişliyi və ya bu gün "Dakar"da — BAŞ VERƏNLƏRİN ƏSL SƏBƏBLƏRİ - FOTOLAR

12-08-2020, 15:18

BNA-nın qabaqdangəlmişliyi və ya bu gün "Dakar"da — BAŞ VERƏNLƏRİN ƏSL SƏBƏBLƏRİ - FOTOLAR


Avqustun 10-dan etibarən Bakıda karantin rejiminin nisbətən yumşaldılması ilə paytaxt küçələrində nəqliyyat sıxlığı və tıxaclar müşahidə olunmaqdadır.
Hələ karantin rejimi tam aradan qaldırılmayıb, amma Bakıda uzunməsafəli tıxaclar yaranmaqdadır. Müvafiq dövlət qurumlarının, xüsusən də Bakı Nəqliyyat Agentliyinin işini düzgün qura bilməməsi, haqlı olaraq vətəndaşların ciddi narazılığına səbəb olur. Uzağa getmədən bu gün “8-ci km” adlanan ərazidə “Neftçilər”metrostansiyasının üstündəki "Dakar" meydanında, o cümlədən digər küçə və prospektlərdə yaranın tıxac bunun bariz numunəsidir. Aidiyyatı qurumlar və BNA işini düzgün təşkil edə bilməməsindən ciddi tıxac yaranıb. İctimai nəqliyyat vasitələrinin hərəkət qrafikində uzunmüddətli gecikmələr baş verib. İşlərini düzgün qura bilməyən müvafiq qurumların fəaliyyəti nəticəsində tıxacda qalan insanlar sosial şəbəkələr vəsitəsi ilə hökuməti tənqid edərək, öz narazılıqlarını, şikayət və etirazlarını bildiriblər. İnsanlar uzun müddət tıxacda qalmaqla işlərinə gecikib.

Tıxacın qaldırılması istiqamətində isə addımlar atılmayıb. Nəticədə insanların çoxu ictimai nəqliyyat vasitələrini tərk edərək piyada uzun məsafə qət etməklə işə getməli olublar. Onların işə piyada getməsi bir yana, işə gecikdiyi üçün çalışdığı müəssisə rəhbərliyi tərəfindən alacağı töhmət daha dəhşətli olacaq. Bəlkə də bir çoxu gecikdiyinə görə, işini də itirməli olacaq və buna görə kimsə məsuliyyət daşımayacaq. Çünki, vətəndaşın işə gecikməsinin onun hər hansı səhlənkarlığı nəticəsində olmayıb, əksinə müvafiq dövlət qurumlarının işlərini düzgün qura bilməməsi nəticəsində üzrlü səbəbdən işə gecikib. Nəticə isə acınacaqlı olacaq. Vətəndaş işini itiricək və ya ən yaxşı halda töhmət alacaq, yaxud da həmin günün əməkhaqqından məhrum ediləcək. Hansısa qurumun işini düzgün qura bilməməsi nəticəsində vətəndan hökumətdən narazı olacaq. Bir çox hallarda isə aidiyyatı qurumlar fəaliyyətlərindəki çatışmazlıqlara görə məsuliyyəti hansısa formada öz üzərlərindən atmağa çalışırılar, yaxud da buna cəhd edirlər. Bu isə “üzrü cinayətindən betər” misalına bənzəyir.

Elə bu gün "Dakar" meydanında yaranan tıxaca görə, BNA mətbuat xidmətinin rəhbəri Mais Ağayevin məsələ ilə bağlı verdiyi açıqlama da buna oxşayır. Mais Ağayevin məhz bu açıqlaması sosial şəbəkələrdə xeyli sayda vətəndaşın ciddi narazılığına səbəb olub. Necə deyərlər BNA “qaş düzəltmək əvəzinə, vurub gözü də çıxarıb”. Belə ki, M. Ağayev açıqlamasında deyib ki, hazırda “Dakar” meydanında nəqliyyatın hərəkəti dayanıb: “Səbəb: nəqliyyat vasitələrinin çoxluğu və sürücülərin dairədə bir-birilərinə yol verməmələridir. Bu vəziyyətdən ən çox əziyyət çəkən isə ictimai nəqliyyat istifadəçiləridir.

Avtobuslar sıxlıqda qaldığından insanlar piyada gedir”. Bu yolla BNA sözçüsü günahı vətəndaşın üzərinə atmaqla vəziyyətdən çıxmağa cəhd edib. M. Ağayev orada tıxacın aradan qaldırılması istiqamətində həm BNA-nı, həm də digər qurumları ittiham etmək əvəzinə, nəqliyyat vasitəsini idarə edən vətəndaşları hədəf seçərək vəziyyətdən çıxmağa və bununla da günahı üzərlərindən atmağa çalışıb. Onun bu açıqlaması vətəndaşlar tərəfindən hiddətlə qarşılanıb və sosial mediada onun bu açıqlaması insanları aşağılama kimi qəyərləndirilib. Əslində BNA sözçüsü yaranmış tıxaca görə, paytaxt sakinlərindən üzr istəməli və tıxacın aradan qaldırılması istiqamətində əməli addım atmayan qurumlara ən azından iradını bildirməliydi.

BNA-nın qabaqdangəlmişliyi və ya bu gün "Dakar"da — BAŞ VERƏNLƏRİN ƏSL SƏBƏBLƏRİ - FOTOLAR
BNA-nın qabaqdangəlmişliyi və ya bu gün "Dakar"da — BAŞ VERƏNLƏRİN ƏSL SƏBƏBLƏRİ - FOTOLAR
BNA-nın qabaqdangəlmişliyi və ya bu gün "Dakar"da — BAŞ VERƏNLƏRİN ƏSL SƏBƏBLƏRİ - FOTOLAR
BNA-nın qabaqdangəlmişliyi və ya bu gün "Dakar"da — BAŞ VERƏNLƏRİN ƏSL SƏBƏBLƏRİ - FOTOLAR


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 206}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 2323331