fim.az

Nazirlikdən Dilqəm Əsgərovun həyat yoldaşının təqaüdünün kəsilməsi ilə bağlı AÇIQLAMA

1-09-2020, 12:59

Nazirlikdən Dilqəm Əsgərovun həyat yoldaşının təqaüdünün kəsilməsi ilə bağlı AÇIQLAMA


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi altı ildən artıqdır erməni girovluğunda saxlanılan Dilqəm Əsgərovun həyat yoldaşı Firuzə Əsgərovanın təqaüdünü kəsib.
Bu barədə mediaya D.Əsgərovun oğlu Kürdoğlu Əsgərov məlumat verib. Nazirlik yayılan məlumatlara aydınlıq gətirib.

Məsələ ilə bağlı Nazirliyin mətbuat katibi Fazil Talıbov Oxu.Az-a açıqlamasında erməni girovluğunda qalan soydaşımız Dilqəm Əsgərovun həyat yoldaşı Firuzə Əsgərovanın əlilliyinə görə ona verilən pensiya ödənişinin dayandırılmadığını bildirib.
Belə ki, F.Əsgərovanın əlillik sənədlərində elektron sistem tərəfindən müəyyən uyğunsuzluq aşkar edilib. Lakin onun əyani müayinəsi nəticəsində tərtib olunan sənəd əsasında bu uyğunsuzluq aradan qaldırılıb. F.Əsgərovanın əlilliyi və buna görə ona pensiya ödənişi davam edir.

Ümumilikdə əlillik təyinatlarının araşdırılması e-sistem tərəfindən aparılır və fərdi xarakter daşımır. Hər hansı uyğunsuzluq aşkar olunduqda bu barədə vətəndaşa məlumat verilərək əyani müayinə nəticəsində aradan qaldırılır.

Məlumat üçün bildirək ki, Dilqəm Əsgərovun həyat yoldaşı Əsgərova Firuzə Şura qızı 2-ci qrup əlillik dərəcəsi ilə təqaüd alır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 376}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22