fim.az

Deputatlar prezidentin xüsusi nümayəndələri ilə bağlı sənədi təsdiqlədi

12-02-2021, 13:00

Deputatlar prezidentin xüsusi nümayəndələri ilə bağlı sənədi təsdiqlədi


Prezidentin xüsusi nümayəndələrinə, onların müavinlərinə dövlət qulluqçusu statusu verilir.
Milli Məclisin iclasında bununla bağlı “Dövlət qulluğu haqqında” qanunun 11-ci maddəsinə əlavələr müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, xüsusi nümayəndələr qanunda nəzərdə tutulan inzibati vəzifələrin birinci təsnifatına daxil edilir.

Sənədə əsasən, inzibati vəzifələrin ikinci təsnifatına xüsusi nümayəndələrin müavinləri vəzifələri də aid olacaq.

Layihəyə görə, xüsusi nümayəndəliklərdəki mütəxəssislər inzibati vəzifələrin üçüncü təsnifatında yer alacaq.

Layihə səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, yanvarın 19-da Prezident İlham Əliyevin imzaladığı fərmanla işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası prezidentinin xüsusi nümayəndəlikləri təsis edilib.

Dövlət başçısının yanvarın 27-də imzaladığı sərəncamla Aydın Kərimov Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunub.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 193}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22