fim.az

Nazir: “Vətəndaşlar bu proqram vasitəsilə işləri evdən həll edə biləcəklər”

16-07-2021, 12:10

Nazir: “Vətəndaşlar bu proqram vasitəsilə işləri evdən həll edə biləcəklər”


“DOST mərkəzlərində xidmətlərin çeşidləri, eyni zamanda keyfiyyətinin daim aparılması üzrə iş aparılacaq”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. Nazir söyləyib ki, artıq virtual DOST aplikasiyası da hazırlanır:

“Cari ilin son rübündə artıq o da istifadəyə veriləcək. Virtual DOST aplikasiyası faktiki olaraq internet üzərində işləyən və mobil telefona aplikasiya yükləyən, smartfondan istifadə edən insanlar hər hansı bir mərkəzə getmədən onlayn qaydada həmin DOST xidmətlərini almaq imkanı yaradacaq. Onlar müraciət edəcəklər, elektron növbəyə alınacaqlar, növbəsi çatan kimi sosial agentlərimiz tərəfindən ya onlayn qaydada, ya da çağrı mərkəzi vasitəsilə onlara xidmət göstəriləcək. Yekunda onlar xidmət səviyyəsini qiymətləndirəcəklər. Onun üzərindən də bu xidmətlər göstəriləcək”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 31}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:0705114400