fim.az

Bakı polisindən xəbərdarlıq- Bunu edənlər cərimələnəcək - VİDEO

27-07-2021, 16:35

Bakı polisindən xəbərdarlıq- Bunu edənlər cərimələnəcək - VİDEO


Koronavirusla mübarizə tədbirləri çərçivəsində Bakı Şəhər Baş Polis İdarəsi və Bakı Şəhər İcra Hakimiyyətinin reydləri davam edir.

Xəzər TV xəbər verir ki, növbəti belə reyd paytaxtın Nizami rayonunda yerləşən ticarət obyektlərində və şadlıq saraylarında keçirilib.

Yaradılmış operativ qruplar mağazalarda işçilərin vaksinasiya olunması prosesini yoxlayıblar. Həmçinin gələn müştərilərə maska taxmağın vacibliyi ilə bağlı müvafiq izahatlar verilib.

Həmçinin restoranlarda toy məclisinə gələn qonaqların və işçi personalın vaksinasiya prosesində iştirakı yoxlanıb. Daha sonra sosial məsafənin qorunması ilə bağlı müvafiq tapşırıqlar verilib.

Nizami rayon icra hakimiyyətinin şöbə müdüri Əli Axundovun sözlərinə görə, bugünki reyddə ciddi qanun pozuntusu aşkar edilməyib.

Paytaxt ərazisində belə reydlər müntəzəm şəkildə aparılacaq.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 214}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22