fim.az

Hərbçilərin pensiya hesablamalarında hansı dəyişikliklər var?

18-04-2022, 14:22

Hərbçilərin pensiya hesablamalarında hansı dəyişikliklər var?


Mövcud qanunvericiliyə əsasən, hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur.

Bunu iqtisadçı deputat Vüqar Bayramov “Əmək pensiyaları haqqında” Qanuna təklif edilən son dəyişiklikləri şərh edərkən deyib.

O bildirib ki, təklif edilən dəyişikliklərə əsasən, hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə hərbi xidmətə bərpa edilmiş şəxslər, hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş şəxslər (bu zaman pensiyanı ailə üzvləri ala bilir) və ali zabit heyətinə aid şəxslər üzrə hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına icazə veriləcək.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 143}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22