fim.az

"Xocasən", "Xocəsən" yoxsa "Xocahəsən"? - Rəsmi açıqlamadan yaranan paradoks

23-01-2023, 11:33

"Xocasən", "Xocəsən" yoxsa "Xocahəsən"? - Rəsmi açıqlamadan yaranan paradoks


Bir neçə gündür sosial şəbəkələrdə "Xocasən", "Xocəsən" və "Xocahəsən" ifadələri geniş müzakirə obyektinə çevrilib.

Buna səbəb sözügedən ifadələrin eyni ərazi vahidində yerləşən obyektləri adlandırmasıdır.

Belə ki, Binəqədi rayonunun inzibati ərazi vahidi olan qəsəbə "Xocahəsən" adlanır. Ancaq ərazidə yenicə istifadəyə verilən metro stansiyasına "Xocəsən", metronun qarşısındakı dayanacağa "Xocasən" adları verilib. Mövzunun həlli bir növ çıxılmaz yola çevrilib.

Bu zaman nəzərlər ölkənin dil qaydalarına cavabdeh olan quruma yönəlsə də, onlardan gələn cavab daha bir paradoksa səbəb olub. AMEA Dilçilik İnstitutundan bildirilib ki, hər kəs ünvanlara adı səhv verib, sözügedən ad əslində "Xocahəsən" olmalıdır.

Qəribə məqam budur ki, qurum öz lüğətində ərazini "Xocəsən" olaraq təqdim edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 143}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22