fim.az

Müəllimlərin maaş artımı kimlərə şamil olacaq?

24-02-2023, 10:20

Müəllimlərin maaş artımı kimlərə şamil olacaq?


Prezident İlham Əliyev müəllimlərin əməkhaqqlarının artırılması barədə sərəncam imzalayıb. Sərəncamla müəllimlərin aylıq vəzifə maaşları bu aydan etibarən orta hesabla 10 faiz artırılıb.

İqtisadçı deputat Vüqar Bayramov artımın kimlərə şamil olunacağını şərh edib.

O bildirib ki, bu kateqoriya işçilərin əməkhaqqılarında artım olacaq:

- Dövlət büdcəsindən maliyyələşən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlər;

- Həmin müəssisələrin direktor və direktor müavinləri;

- Gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri;

- Dövlət büdcəsindən maliyyələşən dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlər;

- Həmin müəssisələrdə gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbərləri;

- İdarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilər.

"Müəllimlərin əmək haqqlarının artırılması ilə bağlı təkliflər bu ayın 5-dək hökumətə təqdim olunmuşdu. Öncədən qeyd olunduğu kimi, sərəncamın fevralın 23-də imzalanmasına baxmayaraq maaş artımları fevralın 1-dən hesablanacaq", - deyə millət vəkili əlavə edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 277}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22