fim.az

Aygün Kazımova: "Anam məni dünyaya gətirməmək üçün hər şey edirdi"

17-10-2018, 11:58

Aygün Kazımova: "Anam məni dünyaya gətirməmək üçün hər şey edirdi"
















Anam məni bətnində daşıyırdı. Düşünmüşdülər ki, ailədə qız və oğlan övladı var. Fəhlə ailəsində dünyaya gəlmişəm. Atam fəhlə, anam işsiz idi. Bacım danışırdı ki, anam məni dünyaya gətirməmək üçün hər şey edirdi. Ağır əşyalar qaldırır, isti vannalar qəbul edirdi. Anam və nənəm rəfiqələri ilə çox planlar qurdular.

Qafqazinfo xəbər verir ki, bu sözləri xalq artisti Aygün Kazımova "Altın Kelebek" mükafat mərasimi çərçivəsində lentə alınan "Böyük dəyişim" adlı sənədli filmdə danışarkən bildirib. O, 2 ay tez dünyaya gəldiyini qeyd edib:

"Anamın hamiləliyinin 7 ayı tamam olanda ağrılar başladı. Deyiblər ki, uşaq sağlam doğulmayacaq. Amma dünyaya gəldim. Atam belə xəstəxanaya getməmişdi. Planda olmayan bir övlad kimi mənə ad qoymağı belə düşünməmişdilər. Nənəm təklif edir ki, mənə ad qoysunlar. Bu an divanda yatan böyük bacım yuxulu halda Aygün deyir. Adım olur Aygün".

A.Kazımova vurğulayıb ki, atası onun üzünü dünyaya gəldikdən bir neçə ay sonra görüb: "Bir gün evdə heç kim yox idi. Atam bundan istifadə edərək bələyi açıb və məni görmək istəyib. Atam deyir ki, səni görən günü elə bil ürəyimi yardılar, səni ora qoydular. Çünki mən atamın müharibəyə gedib qayıtmayan qardaşına oxşayırdım. Daha sonra ərköyün bir uşaq oldum."

Xalq artisti bağçada Vitalik adlı uşağa aşiq olduğunu da qeyd edib: "Cəmi bir neçə saatlıq bağçada oldum. Vitalik adlı oğlan tanıdım. Ya o, mənə, ya da mən ona aşiq oldum, dəqiq bilmirəm. Belə çıxdı ki, biz bir-birimizə aşiq olduq. O anasına deyirdi ki, mən Aygünü sevirəm".

Bundan başqa, müğənni kiçik yaşlarında torpaq yeməkdən xoşu gəldiyini qeyd edib: "Balaca vaxtı mənim torpaq yeməyim böyük problemə çevrilmişdi. Yəqin ki, hansısa vitaminim çatışmırdı. Bundan başqa, evə qonaq gələndə çox sevinirdim. Ayaqqabı qoyulan yerə gizlənirdim. Bizə gələnlərin ayaqqabılarının altındakı torpağı yeyirdim. Yağış yağanda daha çox sevinirdim ki, ayaqqabılar daha çox palçıqlı olur".


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 512}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22