fim.az

“Qadınlarla özünü reklam edən” – Rozadan Namiqə sərt cavab

30-10-2018, 14:04

“Qadınlarla özünü reklam edən” – Rozadan Namiqə sərt cavab
















Müğənni Roza Zərgərli ilə meyxanaçı Namiq Qaraçuxurlu arasındakı qalmaqal daha da böyüyüb.

Roza “Bakı vaxtı ilə” proqramına meyxanaçını qonaq dəvət edib. Namiq isə getməyib. Zərgərli isə ondan inciyib və onun ünvanına sərt sözlər deyib.
Daha sonra isə Qaraçuxurlu məsələyə münasibət bildirərkən, Rozanın özünü onunla reklam etməyə çalışdığını söyləyib.

R.Zərgərlini Namiqin bu ifadəsi özündən çıxarıb. Müğənni meyxanaçını təhqir edib: “Kimsə deyir ki, Roza özünü reklam edir. Roza Zərgərlinin reklama ehtiyacı yoxdur, əzizim. Qadınlarla özünü sən reklam edirsən, mən yox”. Qeyd edək ki, Namiq “ATV maqazin onlarla” verilişində Rozanın ünvanına “Roza xanım da gözəl bilir ki, bunu gündəmə gəlmək üçün edib. Tamaşaçıların da rəylərindən göründü ki, birmənalı şəkildə bunu nə üçün etdiyini anlayıblar. Yəni mən şərt qoymamışam ki, bu olsa gələrəm. Demişəm gəlmirəm. Səbəb soruşub. Demişəm ki, filan aparıcı bir neçə gündür xahiş edir ki, meyxanaçılarla birgə verilişə çıxın. Mən imtina etmişəm. Sizin verilişə gəlsəm, inciyəcəklər” sözlərini deyib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 510}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22