fim.az

Röyanın sərvət dəyərində geyimləri – FOTO

4-02-2019, 12:48

Röyanın sərvət dəyərində geyimləri – FOTO
















Geyimlər insanın daxili aləminin xarici təzahürüdür. Bizim məşhurlar da tez-tez bu kimi məsələləri əlində bayraq tutub, əyin-başlarına bir ətək pul xərcləyirlər. Görünüşündən tutmuş, geyiminə və taxdığı sərvət dəyərində aksesuarlara kimi diqqətlə yanaşan əməkdar artist Röya Ayxanın seçimi yenə də bahalı markalar olub. Elə bununla da sənətçi diqqətləri öz üzərinə çəkə bilir.

Oxu.Azxəbər verir ki, “Instagram”da sürətlə məşhurlaşan “Kim haradan geyinir?” səhifəsi Röyanın bir neçə geyiminin qiymətini açıqlayıb.

Belə ki, Əməkdar artistin son fotosessiyasında istifadə etdiyi idman üslubunda olan geyimi izləyicilərin marağına səbəb olub. Ulduzun geyindiyi mavi rəngdə cins “jbrandjeans” adlı brendə məxsusdur, qiyməti isə 861 manatdır.Röya tək bir tərzdə geyinən yerli məşhurlardan deyil. O, müxtəlif üslublardan istifadə edir. Məsələn, sənətçinin geyindiyi “Martin Grand” brendinə məxsus, qara ilə ağ rəngin qarışığından olan zolaqlı libası Röyanın obrazına əlavə gözəllik qatıb. Qiyməti isə 2006 manatdır.

Qeyd edək ki, eyni libasdan şahzadə Harrinin həyat yoldaşı Meqan Markl tədbirlərin birində istifadə edib.Əməkar artistin digər geyimi də izləyicilərin diqqətini çəkib. Ulduzun “Gucci” brendinə məxsus çəhrayı rəngdə kardiqanının qiyməti 2533 manatdır. Altdan geyindiyi don isə “MiuMiu” brendinin yeni kolleksiyasındandır. Aksesuarlarına gəlincə, ayağına geyindiyi 1513 manatlıq slipper “Gucci” markasına aiddir, 6120 manatlıq çanta “Dior”a məxsusdur, qulağını isə “Zara”nın 19 manatlıq sırğaları bəzəyib.Daha bir fotosessiyasında Röya Ayxan sinə dekolteli, tünd çəhrayı rəngdə libasdan istifadə edib. Bu libas “Carolina Herrera” brendinə məxsusdur, qiyməti 8939 manatdır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 331}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22