fim.az

“Gəbərin, qurdlu məxluqlar”

18-06-2019, 11:31

“Gəbərin, qurdlu məxluqlar”


“İlahi, bizlər necə insanlarıq? Nə ilə qidalanırıq? Bu qədər qara qəlbli, kinli, nifrət dolu olmağın qaynağı hardan gəlir?”.

Bu sözləri aktrisa Pərvin Abıyeva instaqram səhifəsində yazıb. O, sosial şəbəkələrdə çimərlik geyimində yayılan görüntülərini tənqid edənlərə cavab verib:

“Sizi yox, sizi böyüdüb tərbiyə verən valideylərinizi qınayıram ki, ürəyinizə nifrət toxumu əkiblər. Valideyn övladını bu cür insan düşməni olaraq böyütməməlidir. Qoy, mən açıq geyinən, sizin gözünüzdə necə görünürəmsə, elə də olum. Amma fəxr edirəm ki, sevgi dolu, humanist böyümüşəm. Heç kimin paxıllığını çəkməz, qeybət etmərəm, babal yumaram. Əlimdən gəldiyi qədər ətrafıma əl tutmuşam. Sizin kimi qaraqəlbli, kinli deyiləm.

Yazdığınız iyrənc rəylər sizə nə qazandırır? Məsələn, mənə təsir etmir, yenə də öz bildiyimi edəcəm, istədiyim kimi yaşayacam. Amma siz iyrənc görünürsünüz. Gəbərin, qurdlu məxluqlar”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 211}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22