fim.az

Rasim Balayev qalmaqallı sözlərini təkzib etdi

23-09-2019, 10:48

Rasim Balayev qalmaqallı sözlərini təkzib etdi

Xalq artisti Rasim Balayev komediya aktyorları Fərda Xudaverdiyev, Müşfiq Şahverdiyev və Elməddin Cəfərov haqda dediyi fikirləri təkzib etməsi ilə gündəmə gəlib.

“Qafqazinfo” xəbər verir ki, kino ulduzu E. Cəfərovun qonaq olduğu “Şən bazar” proqramına telefonla bağlanaraq gənc aktyorları təhqir etmədiyini bildirib:

“Mən görürəm ki, istedadlı uşaqlar var. Mən ad çəkməmişəm. Fərda, Müşfiq kimi yaxşı uşaqlar var. Hiss olunur ki, talantlıdırlar. Çox təəssüf ki, onlar üçün yaxşı ssenari yazanlar yoxdur. İndi müsahibə verməyə qorxuram. Sözü deyirsən, başqa cür yazırlar”.

Qeyd edək ki, R. Balayev bu ilin avqustunda “Yeni Müsavat”a müsahibə verib. O, jurnalistin “Fərda, Elməddin, Müşfiq kimi cavanlar filmlər təqdim edirlər, müəyyən auditoriya da izləyir. Heç baxırsınızmı?” sualını belə cavablandırıb:

“Baxmıram, onlar antisanitariyadırlar. Efiri bu antisanitariya bürüyüb. Dərd odur ki, onlar meymunluğu sənətlə səhv salıblar”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 54}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel: (+99455) 252 72 22