fim.az

“Röya toya 8 min manata gedir” — TOLİK

30-09-2019, 15:00

“Röya toya 8 min manata gedir” — TOLİK

Tolik aparıcısı olduğu “Hər şey daxil” verilişində bəzi sənətçilərin toy qiymətini açıqlayıb.
O, Miri Yusifin, Röyanın və Aygün Kazımovanın toya yarım saatlıq getməyinin qiyməti haqqında danışıb.

Aparıcı bildirib ki, əməkdar artist Röyanın toyda 30 dəqiqə iştirakı üçün 8000 manat xərcə düşmək lazımdır.

Bundan başqa o, xalq artistləri Brilliant Dadaşova və Aygün Kazımovanın da bu qiymətə toya getdiyini söyləyib.
“Onlar da 6000-7000 manata 30 dəqiqəlik toyda iştirak edirlər”.

Sonda o, bu siyahıya Miri Yusifi də daxil edib. Onun sözlərinə görə, müğənninin toyda yarım saatlıq iştirakının qiyməti 6000 manatdır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 377}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22