fim.az

"Faiq Ağayev məni səhnəyə buraxmırdı"

24-12-2019, 09:37

"Faiq Ağayev məni səhnəyə buraxmırdı"


Müğənni Rəqsanə İsmayılova illər əvvəl Xalq artisti Faiq Ağayevlə yaşadığı qalmaqaldan danışıb.
"ATV maqazin onlarla" verilişinin "33 sual” rubrikasında bu mövzuya toxunan sənətçi Ağayevin onunla eyni səhnəni bölüşməkdən imtina etdiyini bildirib:

"Bakıda toyda idik, məclisi də Faiq bəy idarə edirdi. Toyun bitməyinə bir saat qalmağına baxmayaraq, məni səhnəyə buraxmırdı. İndi isə hər şey qaydasındadır.
Ola bilsin ki, mənim haqqımda ona doğru olmayan şeylər demişdilər. Telefonla danışıb məsələni həll etdik. İndi onu çox istəyirəm".


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 24}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel: (+99455) 252 72 22