fim.az

“Siz kimsiniz axı, yeni janr yaradasınız?” — Əli Mirəliyevdən Şəbnəm və Üzeyirə SƏRT SÖZLƏR

20-05-2020, 12:55

“Siz kimsiniz axı, yeni janr yaradasınız?” — Əli Mirəliyevdən Şəbnəm və Üzeyirə SƏRT SÖZLƏR


Müğənni Əli Mirəliyev ifaçı Şəbnəm Tovuzlu və Üzeyir Mehdizadəni tənqid edib.
O, ARB-də yayımlanan “Ona qalsa” verilişinin qonağı olub. Proqram zamanı müğənni bir çox təzadlı məqamlara toxunub. Ə.Mirəliyev müğənnilərin ifa etdikləri musiqi janrından da danışıb.

“Şəbnəm Tovuzlu, Üzeyir Mehdizadə oxuya bilmirlər, səsləri yoxdur. Onlar “bazar” mahnıları ifa edirlər. Deyirlər, bu bizim janrımızdır, siz kimsiniz axı, yeni janr yaradasınız? Onlar xalqı aldadırlar. Gedirlər toya, 10.000 manat pul alırlar. Sən heç 10 qəpiklik oxuya bilmirsən. Bu müğənnilər əsl Azərbaycan musiqilərini ifa edə bilmirlər. Ona görə də başlayıblar “kitayski, monqolski” mahnılar oxumağa. Bütün bu mahnıları ifa edirlər, bir dənə bizim mahnıları ifa edə bilmirlər. Çünki musiqinin öz ölçüləri var. Bu zaman birinci səs gəlir, ikinci musiqi, üçüncü isə ritm, bunlarda isə hər şey tam əksinə olur. Onların ifa etdikləri mahnılara fikir versəniz, birinci ritmin, ikinci musiqinin axırda isə səsin gəldiyini görəcəksiniz. Belə, biz millət olaraq, musiqi dəyərlərimizi itiririk. Niyə axı siz özünüz üçün musiqiyə müdaxilə edirsiniz. Deyirlər Üzeyirə Özbəkistanda, Tacikistanda qulaq asırlar, həsəd aparırlar. Sənin nəyinə axı həsəd aparırlar, sən məgər musiqiçisən, oxuya bilirsən ki?”,- deyə o, vurğulayıb.

Qeyd edək ki, dünən müğənni Şəbnəm Tovuzlu “Ona qalsa” proqramında “Musiqidə mənim öz janrım, öz tərzim var” deyə açıqlama verib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 283}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22