fim.az

Məşhur qəssab bu dəfə də qəhvəsinə qızıl səpdi — VİDEO

11-09-2020, 09:43

Məşhur qəssab bu dəfə də qəhvəsinə qızıl səpdi — VİDEO


Dünyanın müxtəlif yerlərində restoranları olan türkiyəli qəssab Nusret Gökçe, qızıl örtüklü məhsulları ilə diqqət mərkəzindədir.
“Ölkə.Az” xəbər verir ki, əvvəl ətləri qızıl kağıza bükən Gökçe, indi içdiyi qəhvəyə qızıl tozu səpib. Hər anını İnstaqram hesabında yayımlayan Nusret, son paylaşımı ilə yeni işinin müjdəsini verib.

O, qəhvə içərkən çəkilən videosunu belə şərh edib. “Qızıl qəhvə. Tezliklə “coffee shop” (qəhvə mağazası) açıram”.

Qeyd edək ki, məşhur qəssabın Dubay, Abu Dabi, Doha, Mayami, Nyu- York şəhərlərində və Mikonos adasında restoranları var.




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 277}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22