fim.az

Ruhi Çenet Qarabağda çəkiliş apararkən yaxınlığına mərmi düşdü - VİDEO

30-10-2020, 09:53

Ruhi Çenet Qarabağda çəkiliş apararkən yaxınlığına mərmi düşdü - VİDEO


Məşhur türkiyəli “youtuber” Ruhi Çenet Qarabağda çəkiliş aparan zaman yaxınlığına top mərmisi düşüb.
Bloqqer media nümayəndələri ilə Tərtərin Talış kəndinə yollanıb. Kəndi gəzən Ruhi Çenet ermənilərin yaşadığı evlərdə çəkiliş aparıb. Əsgər düşərgələrini lentə alan “youtuber” gördüyü iyrənc mənzərənin qarşısında təəccübünü gizlədə bilməyib. Çəkiliş zamanı cəbhə bölgəsində ağır artilleriya səsləri eşidilib. Bir az keçdikdən sonra isə “youtuber”in 100 metr yaxınlığına top mərmisi düşüb. Erməni varvarları bu dəfə də öz ənənələrinə sadiq qalaraq atəşkəsi pozaraq Azərbaycan ərazisini atəşə tutub.

Cəbhə bölgəsindən çəkdiyi videonu o, “YouTube” kanalında yayımlayıb. Video qısa müddət ərzində 900.000 minə yaxın insan tərəfindən izlənilib.

Ruhi Çenetin çəkdiyi videonun tam versiyasınızı təqdim edirik:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 382}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22