fim.az

Aygün Brilliantı paylaşıb "Allah rəhmət eləsin" yazdı - VİDEO

30-11-2020, 12:00

Aygün Brilliantı paylaşıb "Allah rəhmət eləsin" yazdı - VİDEO


Xalq artisti Aygün Kazımova illərdir küsülü olduğu Brilliant Dadaşova barədə paylaşım edib.
MediaPost xəbər verir ki, o, İnstaqram "Story"də Xalq artistinin "Hər şey gözəldir həyatda" adlı ifasının yeni klipindən görüntülər paylaşıb.

A.Kazımova videoya "Allah rəhmət eləsin" sözlərini yazıb. Onun bu paylaşımı birmənalı qarşılanmayıb. Bir qisim sosial media istifadəçisi Kazımovanın bu sözləri Dadaşovanı nəzərdə tutaraq yazdığını bildirib.

Lakin məlum olub ki, sözügedən mahnının ikinci dəfə ifa olunmasının səbəbi bəstəkar bir xanımdır. O, bir müddət öncə dünyasını dəyişib. A.Kazımova da həmin qadını nəzərdə tutaraq "Allah rəhmət eləsin" sözlərini yazıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 129}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 2323331