fim.az

Bu məşhurlar beyinlərinə çip taxdıracaq

9-02-2021, 11:07

Bu məşhurlar beyinlərinə çip taxdıracaq


“SpaceX”, “Tesla” və “Neuralink” şirkətlərinin rəhbəri İlon Maskın sevgilisi, müğənni Qrayms (Claire Boucher) beyninə çip (naqil - red.) taxdırmağı planlaşdırır. O, repçi Lil Uzi Vertlə birgə belə bir addım atacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Independent” qəzeti məlumat yayıb. Qeyd olunub ki, sosial şəbəkələrdə yayılan xəbərləri hər iki məşhur sima təsdiqləyib.

“Çiplər üçün 2022-ci ili hədəf alaq. Təcrübə əməliyyatı müvəffəqiyyətlə baş tutsa, görmədiyimiz varlıqlar barəsində məlumatımız olacaq”,- deyə Qrayms bildirib.

Qeyd edək ki, “Neuralink” şirkəti ilk olaraq Gertrude adlı bir donuza beyin çipləri tətbiq edib. Bu çiplər beyin siqnallarının bədən hərəkətləri ilə necə şərh olunduğuna dair məlumatları qeyd etmək üçün istifadə edilib.

İlon Mask beyninə yerləşdirilən çip sayəsində video oyun oynaya bilən bir meymunun olduğunu da iddia edib.

Bu məşhurlar beyinlərinə çip taxdıracaq


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 284}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22