fim.az

Nazilədən etiraz: "Şəhidin baldızı ödənişsiz xınayaxdı istəyir, belə şey olar?!"

19-01-2022, 16:00

Nazilədən etiraz: "Şəhidin baldızı ödənişsiz xınayaxdı istəyir, belə şey olar?!"


“Sosial şəbəkələrə nəzər yetirirəm, bir gün hamı xoş sözlər yazır, təəccüblənirəm. Növbəti gün sanki o insanların yerinə “moşenniklər”, yaltaqlar, ikiüzlülər, başqalarının heyfini məndən çıxanlar gəlir”.

"Bu sözləri şairə Nazilə Səfərli söyləyib. O, İnstaqram səhifəsində açıqlama yayıb və bir neçə məsələ haqda danışıb:

“Mesaj yazıb, xınayaxdı məclislərinə dəvət edirlər. Mən də təklifləri dəyərləndirirəm. Çünki İnstaqram profilimi iş üçün açmışam. Yeniyetmə qız deyiləm ki, burada özümə sevgili axtarım. İşimlə əlaqəli təklifləri cavablandırmalıyam. Yazırlar, əlaqə nömrəmi göndərirəm, sonra “konsert” başlayır. Deyir, uşağım, atam xəstədir. Yaxın zamanda da yeni mövzu çıxıb. Məsələn, söyləyirlər ki, şəhid ailəsiyik, məclisə neçəyə gələrsiniz? Bu, şahmatvari gedişdir, artıq alışmışıq. Əgər şəhidin bacısı, övladı, anası, xanımı yazsa ki, toyumuz var, nə qədərə gələrsiniz, təmənnasız gedərəm. Amma şəhidin baldızı ödənişsiz xidmət istəyir. Belə şey olar?! Bəsdirin də! Şəhidin baldızı, sənin bacın xınayaxdı məclisinə gələ biləcək? Yox. Axı həyat yoldaşının ili çıxmayıb. Bacına nə hörmət qoyursan?! O qara yaylıqda, sən əli xınalı? Biz şəhidlərin ayağının altda bir ovuc torpağıq. Şəhid ailələrindən kim zəng etsə, əlbəttə təmənnasız iştirak edərik. Tək mən deyil, bütün şou nümayəndələri bu addımı atar”.

N.Səfərli ondan müxtəlif yardımlar istənildiyini də söyləyib:

“Biri zəng edib ki, uşağım xəstədir, həkimə aparmaq lazımdır. O uşağı dünyaya gətirəndə məndən soruşmusan? Mən kiməm? Öz evimdə xəstələr var, şikayət etməmişəm. Eşitmisiz ki, deyim evimdə xəstə var, kömək edin? Hamı kimi iki il işləmədim. Bir dəfə də dilə gətirmədim, nəsə satıram demədim. Fikirləşəcəksiniz varındır xərcləmisən. Xeyir! İnsanın qüruru olur. Acından ölərəm, soğanla çörək yeyərəm, amma minnət götürmərəm. Bəlkə də mənim mövqeyim, yanaşmam fərqlidir. Lakin insan qardaşından pul istəmədiyi halda, siz yadlardan necə istəyirsinzi? Hansı vəzifədəyəm? Nə ixtiyarım var ki, nəyəsə qarışım?Heç kiməm!”


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 206}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22