fim.az

Nazir rus bölməsi haqda deyilənləri “mif” adlandırdı

20-12-2018, 13:22

Nazir rus bölməsi haqda deyilənləri “mif” adlandırdı
















“Rus bölməsində təhsil alan şagirdlərin sayı ilə bağlı statistik göstəricilərinin daha yüksək olması barədə deyilənlər bir mifdir”.

Modern.az-ın xəbərinə görə, bunu təhsil naziri Ceyhun Bayramov Azərbaycanda insan kapitalı üzrə forumda çıxışı zamanı bildirib.

Son illər ərzində rus bölməsində təhsil alan şagirdlərin sayının artması barədə deyilənlərə münasibət bildirən nazirin sözlərinə görə, Azərbaycanda şagirdlərin 92-93 faizi ana dilində təhsil alır.

O, bu rəqəmin son illərdə əhəmiyyətli dərəcədə dəyişmədiyini də qeyd edib:

“Bu gün gənclər inteqrasiya etmək üçün xarici dilləri bilməlidirlər. Buna görə də şagirdlər 1-ci sinifdən birinci, 5-ci sinifdən ikinci xarici dil keçirlər. Lakin reallıq odur ki, bəzi ərazilərdə şagirdlər 5-ci sinifdən ikinci xarici dil keçmirlər. Bu halda qanunvericiliyə uyğun olaraq, 1-ci xarici dilin saatları artırılır”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 110}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel: (+99455) 252 72 22