fim.az

AMEA: "Azərbaycan dilinin orfoqrafiya lüğəti" nəşrə hazırdır

18-01-2019, 12:19

AMEA: "Azərbaycan dilinin orfoqrafiya lüğəti" nəşrə hazırdır
















"Azərbaycan dilinin orfoqrafiya lüğəti" nəşrə hazırdır".
Bunu "Report"a müsahibəsində AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu bildirib.

O deyib ki, Nazirlər Kabinetinin “Azərbaycan dilinin orfoqrafiya qaydaları" layihəsini təsdiq etməsini gözləyirlər: "Lüğət 2019-cu ilin ortasına kimi nəşr olunacaq. Lüğətdə azı 115 min söz olacaq. Köhnə lüğətdən olan bəzi sözlər yeni lüğətə salınmayıb. Bu lüğətə çoxlu yeni söz əlavə olunub".
Qeyd edək ki, Orfoqrafiya qaydaları layihəsi ilə bağlı müzakirələrə sentyabr ayının 13-də keçirilən Orfoqrafiya Komissiyasının iclasında yekun vurulub. Dilçilik İnstitutu “Azərbaycan dilinin orfoqrafiya qaydaları" layihəsini oktyabr ayında Nazirlər Kabinetinə göndərib. Nazirlər Kabineti layihəni təsdiqləyəndən sonra yeni Orfoqrafiya qaydaları qüvvəyə minəcək.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 430}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22