fim.az

Azərbaycanda neçə müəllim işləyir? — Nazirdən açıqlama

1-02-2019, 12:57

Azərbaycanda neçə müəllim işləyir? — Nazirdən açıqlama
















"Hazırda ölkə üzrə müəllimlərin sayı 144 414 nəfər təşkil edir. Onların da 39 179 nəfəri, yəni 27 faizi 35 yaşa qədər olan müəllimlərdir. Həmin müəllimlərin 6099 nəfəri Bakı şəhərinin payına düşür".
Bu fikirləri təhsil naziri Ceyhun Bayramov bir qrup gənc müəllimlə görüşündə deyib.

Onun sözlərinə görə, son illər müəllimlərin stimullaşdırılması, peşəkarlığının artırılması və müəllim nüfuzunun yüksəldilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir: "Ötən il işə qəbul olunan 4100 nəfərə yaxın müəllimin 2724 nəfərinə həvəsləndirmə tədbirləri tətbiq edilib. Ümumilikdə isə müəllimlərin işə qəbulu üzrə müsabiqənin şəffaf keçirilməsi nəticəsində son beş ildə 18 136 müəllim işə qəbul olunub. Onların kənd məktəblərində fəaliyyətə başlamış 11 600 nəfərinə (64 faiz) həvəsləndirmə tədbirləri tətbiq edilib".
Nazir bildirib ki, ötən illərlə müqayisədə müəllim işləmək arzusunda olanların sayında üç dəfə artım müşahidə edilib: "2014-cü ildə 500 və daha artıq bal toplayan 922 nəfər müəllimlik ixtisasını seçmişdisə, 2017-ci ildə bu rəqəm 1370 nəfər olub. Ötən il keçirilən qəbul imtahanlarında 500 və daha artıq bal toplayan məzunlar arasında müəllimlik ixtisasını 2090 nəfər seçib. Bu göstərici 2014-2015-ci tədris ilinə nisbətən 2,3 dəfə və ya 126,7 faiz, ötən ilə nisbətən isə 1,5 dəfə və ya 53,6 faiz artım deməkdir".


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 433}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22