fim.az

Bakıda 18 məktəb direktoru işdən çıxarılıb – TAM SİYAHI

18-12-2019, 12:11

Bakıda 18 məktəb direktoru işdən çıxarılıb – TAM SİYAHI


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 18 təhsil müəssisəsinin rəhbəri ilə bağlanmış əmək müqaviləsi ləğv edilib.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev məlumat verib.

Onun sözlərinə görə, bu il ərzində təhsil müəssisələrinə 26 nəfər direktor vəzifəsinə işə qəbul edilib, 13 direktorun iş yeri dəyişdirilib:

“111 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb. Çalışmanın yaş hədinə çatmış 30 direktorla müqavilənin müddəti cari tədris ili çərçivəsində uzadılıb. 18 direktorla bağlanmış əmək müqaviləsi ləğv edilib”.

Maraqlıdır, əmək müqaviləsi ləğv edilən məktəblər hansılardır?

Bakı Şəhər Təhsil İdarəsi məsələ ilə bağlı Cebhe.info-nun sorğusunu cavablandırıb.

“2019-cu ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 18 məktəbin direktoru (71, 162, 123, 323, 266, 14, 293, 93, 25, 29, 70, 107, 221, 260, 301, 194, 124 nömrəli ümumtəhsil məktəblərinin və 116 nömrəli xüsusi axşam-qiyabi məktəbinin direktorları) ilə bağlanmış əmək müqaviləsi ləğv edilib”, – deyə sorğuda bildirilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 37}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel: (+99455) 252 72 22