fim.az

Saxta attestat verilməsi mümkündürmü? — VİDEO

24-12-2019, 09:10

Saxta attestat verilməsi mümkündürmü? — VİDEO


Bir müddətdir ölkədə məktəb direktorlarının şagirdlərə saxta attestatlar verməsi ilə bağlı məlumatlar yayılır.
Təhsil eksperti Kamran Əsədov iddia edir ki, bəzi məktəb direktorları şagirdlərə saxta attestatlar verib.

Məsələnin aktuallığını nəzərə alaraq mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında geniş süjet yayımlanıb.

Kamran Əsədov bildirib ki, məktəb direktorları onlara verilmiş attestatları pul müqabilində və yaxud digər həvəsləndirici nələrinsə qarşılığında satırdılar:

“Əvvəllər çox ciddi şəkildə saxta attestatlar kütləvi hal almışdı. Bəziləri 9-cu sinifi başa vururdu, 11-ci sinifi oxumurdu, amma bəzi məktəb direktorları ona 11-ci sinifin attestatını verirdilər, çünki bunun yoxlanma mexanizmi yox idi”.
Ekspert bildirir ki, belə saxta attestatlar ölkə daxilində işə yaramadığından onu alanlar təhsili xaricdə davam etdiriblər:

“Azərbaycanda saxta attestatlar almış şəxslərin təhsillərini davam etdirməsi üçün elektron bazada bu məlumat olmalıdır. Yəni, şagird məzun sistemində onlar haqqında məlumat olmadığı üçün həmin şəxslər Azərbaycanda təhsillərini davam etdirmirdilər, amma Türkiyədə, Rusiyada, Dərbənddə, Qazaxıstanda, Ukraynada ali təhsil alırdılar və qayıdıb Azərbaycana gələndən sonra diplomları təsdiqlənirdi”.

Məsələ ilə bağlı Təhsil Nazirliyindən isə bildirildi ki, təhsil alanların yekun attestasiyası və qiymətləndirilməsi Dövlət İmtahan Mərkəzi tərəfindən aparılır:

“Ümumi orta və tam orta təhsil haqqında attestata yazılan yekun qiymətlər DİM tərəfindən yerli təhsili idarəetmə orqanlarına göndərilir. Bu səbəbdən də məktəb direktorlarının şagirdlərə saxta attestat verməsi qeyri-mümkündür və indiyədək bu məsələ ilə bağlı Nazirliyə heç bir məlumat daxil olmayıb”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 22}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel: (+99455) 252 72 22