fim.az

Dərs cədvəllərinin necə qurulacağı açıqlandı

29-08-2020, 12:04

Dərs cədvəllərinin necə qurulacağı açıqlandı


İbtidai sinif şagirdlərinin məktəbdə tədrisinin təşkili hazırda müzakirə edilir, yaxın zamanda yekun qərarlar barədə məlumat veriləcək.
Oxu.az Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi brifinqdən xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanov deyib.

O bildirib ki, dərs cədvəli şahmatvari olacaq:

“Məktəblərdə şagird sıxlığının qarşısının alınması üçün tədbirlər görüləcək. Kitabxanaların, yeməkxanaların işləməməsi müzakirə edilir. Məktəbdə dəhlizlərdə sıxlıq olmasın deyə aidiyyəti üzrə tədbirlər görüləcək.
Bütün bunlar yekun müzakirədən sonra ictiamiyyətə elan ediləcək.

Qış mövsümünə gedirik, yoluxma sayının artım ehtimalı bizi narahat edir. Bilirsiniz ki, tədris rejiminin ənənəvi qaydada bütün məktəblərdə eyni cür olması gözlənilmir. Bu barədə də yenə deyirik ki, yekunda məlumat veriləcək”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 526}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22