fim.az

Bu gün 20 mindən artıq şagird buraxılış imtahanı verir

10-09-2020, 10:11

Bu gün 20 mindən artıq şagird buraxılış imtahanı verir


Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən iyun-iyul aylarında keçirilən yekun qiymətləndirmə (attestasiya) imtahanlarda iştirak etməyən 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanları keçirilir.
Qurumdan "Ölkə.Az"a verilən məlumata görə, imtahanlar respublikanın 15 şəhər və rayonunda təşkil olunur.
İmtahanlarda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 18277, tam (11 illik) orta təhsil səviyyəsi üzrə 1789 şagirdin iştirakı nəzərdə tutulur. 369 şagird isə yalnız Azərbaycan dili fənni üzrə imtahan verir. Ümumilikdə imtahanda 20 min 435 şagird iştirak edəcək.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 334}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22