fim.az

Yeni məktəbli formalarının qiymətləri və satış yerləri AÇIQLANDI

17-08-2022, 14:22

Yeni məktəbli formalarının qiymətləri və satış yerləri AÇIQLANDI


“Yeni məktəbli formaları bu gündən Bakı Tikiş Evinin nəzdində olan satış mərkəzində satılacaq”.

Bu sözləri açıqlamasında BTE-nin satış müdiri Etibar Əzimov deyib. O bildirib ki,1-4-cü siniflərdən başqa, digər siniflər üçün forma tikişi nəzərdə tutulmayıb:

“Həm oğlan, həm də qızlar üçün polo uzunqol və qısaqol köynəklərin qiyməti 14 manat, şalvarlar 25 manat, jaket 27 manat, ətək isə 25 manat təşkil edir”.

E.Əzimovun sözlərinə görə, bu il geyimlər tünd-göy və boz rəngdə olacaq.
“Ağ köynək və tünd-göy rəngdə ətək və ya şalvar, bir də mavi rəngdə köynək və boz rəngdə ətək və şalvar istehsal emtişik. Əksəriyyət tünd-göy rəngə üstünlük verir”.

Satış müdiri məktəbli formalarının bir neçə gün sonra “Bravo” marketlər şəbəkəsində də satışa çıxarılacağını söyləyib. Valideynləri saxta formaları almamağa çağıran BTE rəsmisi bildirib ki, orijinal yun formalar yalnız BTE-nin özündə və “Bravo”larda satışa çıxarılacaq:

“Bəzi işbazlar tərkibi yun olmayan formaları bazara çıxarmaq istəyirlər. Bizim sadaladığımız qiymətlərdən ucuz satılan formaların tərkibi yun və ya pambıq deyil. Saxta formalardan fərqli olaraq BTE-nin bütün mallarının sertifikatı var”.

E.Əzimov deyib ki, 1-4-cü siniflərdən başqa, digər siniflərdə oxuyan şagirdlər əvvəlki illərdəki formalarını geyinə bilərlər.

“Hələlik yeni formaların satışı yanız Bakı şəhəri üçün nəzərdə tutulub”,-deyə o əlavə edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 173}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22