fim.az

Paşinyan Azərbaycana təşəkkür etdi

10-06-2021, 14:08

Paşinyan Azərbaycana təşəkkür etdi


“Hərbçimiz Ermənistana qaytarılıb. Mən bu addımı çox müsbət qiymətləndirirəm".

“İnterfax” xəbər verir ki, bunu Ermənistanın baş nazir vəzifəsini icra edən Nikol Paşinyan deyib.

"Bu addım regional və sərhəddə gərginliyin azaldılması yolu ilə getməyimiz üçün zəmin yaradır", - o bildirib.

Xatırladaq ki, aparılmış araşdırmalar nəticəsində məlum olub ki, 2021-ci il iyunun 8-də Ermənistan-Azərbaycan sərhədinin Laçın rayonu ərazisində saxlanmış Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu Artur Kartanyan Azərbaycan ərazisinə təxribat-diversiya məqsədilə daxil olmayıb.

Qeyd olunanları nəzərə alaraq, A.Kartanyan qarşı tərəfə geri təhvil verilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 94}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:0705114400