fim.az

"Qatilin ən layiqli şəkildə cəzalandırılmasını istəyirəm" — Oğlu qətlə yetirilən İlyas İsmayılov

20-09-2018, 13:20

"Qatilin ən layiqli şəkildə cəzalandırılmasını istəyirəm" — Oğlu qətlə yetirilən İlyas İsmayılov
















Ədalət Partiyasının sədri, sabiq ədliyyə naziri İlyas İsmayılov ötən gün Türkiyənin İstanbul şəhərindəki ofisində qətlə yetirilən oğlu, iş adamı Etimad İsmayılovun ölümündən danışıb.
İ.İsmayılov açıqlamasında bildirib ki, övlad itkisi ağır dərddir:

"Hələ dəqiq bilmirəm ki, oğlumun cənazəsi Azərbaycana nə vaxt gətiriləcək. Yəqin ki, sənədləşmə işlərinə görədir. Qatilin ən layiqli şəkildə cəzasını almasını istəyirəm".
Sabiq nazir deyib ki, Milli Məclisin bir sıra deputatları və siyasi partiya rəhbərləri ona başsağlığı versə də, ancaq hakim Yeni Azərbaycan Partiyasından (YAP) zəng edən olmayıb.

İ.İsmayılov əlavə edib ki, oğlunun cənazəsi bu həftə ərzində Bakıya gətirilə bilər.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 462}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22