fim.az

Yaddaşsızlığın səbəbi üzə çıxıb

26-10-2018, 11:56

Yaddaşsızlığın səbəbi üzə çıxıb















Stressin yaddaşa zərər verdiyi müəyyən edilib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Castin Eçhofo Tçequinin başçılığı ilə aparılan araşdıma zamanı stressin yaddaşa zərər verdiyi, zamanla yaddaşsızlığa səbəb olduğu ortaya çıxıb.

Araşdıma nəticəsində stressin beyini büzdüyü də məlum olub.

Tədqiqatlar çərçivəsində 2 mindən çox sağlam və orta yaşlı könüllülərin məlumatları araşdırılıb. Mütəxəssislər qanlarında stress yaradan kortizol hormonunun səviyyəsinin yüksək olduğu insanların yaddaş testlərində daha uğursuz olduqlarını müəyyən ediblər.

Kortizol hormonu normal səviyyədə olan şəxslərin isə beyinlərinin daha az büzüldüyü meydana çıxıb. Bu faktın daha çox qadınlarda olduğu aşkarlanıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 404}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22