fim.az

Gəmiqayırma Zavodundan sosial şəbəkədə yayılan fotoya — MÜNASİBƏT

25-10-2018, 11:34

Gəmiqayırma Zavodundan sosial şəbəkədə yayılan fotoya — MÜNASİBƏT
















“Bakı Gəmiqayırma Zavodu” MMC (BGZ) son günlər müəssisənin giriş hissəsi ilə bağlı sosial şəbəkələrdə yayılmış fotoya münasibət bildirib.
Zavodun açıqlamasında bildirilir ki, oktyabrın 22-də saat 11:00 radələrində BGZ-nin əsas giriş qapısında yerləşən və zavodun adı qeyd edilən lövhənin üzərində təmizlik işləri görülərkən bəzi hərflərin rənginin solduğu, yerindən qopa biləcəyi müəyyən edilib və bu barədə zavodun aidiyyəti şöbəsinə məlumat verilib.

“Əməkdaşlarımız tərəfindən qeyd edilən lövhəyə baxış zamanı bu, öz təsdiqini tapıb və hərflər bərpa edilməsi məqsədilə çıxarılaraq, boya sahəsinə aparılıb. Elə həmin gün, saat 16:40 radələrində qeyd edilən təmir işləri başa çatdırılıb, hərflər yerinə bərkidilib.

BGZ-də hazırda təmir edilən gəmilərdən birinin əməkdaşları, ikinci köməkçi Məmmədov Hikmət və bosman Babayev Elşad yuxarıda qeyd edilən vaxt əsnasında, daha dəqiq desək, saat 16:13 radələrində bu lövhəni görüb və onun fotosunu çəkərək paylaşıblar. Məlumat üçün bildiririk ki, BGZ-nin daxili qaydalarına uyğun olaraq zavod ərazisində foto və video çəkilişləri xüsusi icazə olmadan aparıla bilməz və qəti şəkildə qadağandır.
Bu, birmənalı olaraq hər kəsə bildirilməklə yanaşı, ərazidə xüsusi qadağa nişanları ilə də göstərilib. Yuxarıda adları qeyd edilən şəxslər BGZ-nin daxili qaydalarını pozduqları üçün onların zavod ərazisinə girişi qadağan olunub və bu barədə onların çalışdıqları şirkətə yazılı şəkildə məlumat verilib”.

Gəmiqayırma Zavodundan sosial şəbəkədə yayılan fotoya — MÜNASİBƏT


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 351}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22