fim.az

Deputatdan Mübariz İbrahimovla bağlı qalmaqallı fikir söyləyən tələbə ilə bağlı ÇAĞIRIŞ

16-12-2018, 13:00

Deputatdan Mübariz İbrahimovla bağlı qalmaqallı fikir söyləyən tələbə ilə bağlı ÇAĞIRIŞ














Milli Məclisin deputatı, Xocalının keçmiş icra başçısı Elman Məmmədov psixoloq Nərmin Şahmarzadənin Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu təhqir etməsi və ermənilər haqqında söylədiyi fikirlərə sərt şəkildə cavab verib.

Deputat “Ölkə.Az”a açıqlamasında bildirib ki, Azərbaycanın hüquq-mühafizə orqanları Nərmin Şahmarzadənin hərəkətləri ilə bağlı lazımı addımlar atmalıdır:

“Bu məsələ ilə bağlı həm dövlət qurumları, həm də insanlarımız çox kəskin münasibət bildirməlidir. Mübariz İbrahimov Azərbaycanın Milli Qəhrəmanı və şəhididir. Nərmin Şahmarzadə isə həm şəhid adını, həm də Milli Qəhrəmanı təhqir edir. Ona görə də hüquq-mühafizə orqanları bu məsələdə öz sözünü deməlidir. Eyni zamanda ictimaiyyət, xalq da öz etirazını bildirməlidir, Milli Qəhrəmanımızı, şəhidimizi müdafiə etməlidir. Xalqımız kütləvi şəkildə onun üzərinə getməlidir. Fərqi yoxdur, bu sözlə, mətbuatla, ictimai qınaqla olmalıdır. Xalq, millətə xəyanət edənlər belələri olur da! Bu adam çox murdar fikirlər səsləndirir. Mübariz İbrahimov bizim qürur, fəxr yerimizdir. Mübariz İbrahimovlar tək deyil, bizim minlərlə Mübariz İbrahimov kimi qəhrəmanlarımız var. Onlar öz canlarını Vətən yolunda fəda ediblər. Bu müqəddəsliyə bundan da betər toxunmaq olmaz. Mən onun bu cür hərəkətlərini lənətləyirəm, pisləyirəm. Hesab edirəm ki, Milli Qəhrəman və şəhid adını təhqir etdiyi üçün ona qarşı hüquq-mühafizə orqanları, ictimaiyyət, xalq, millət öz sözünü deməlidir”.

E.Məmmədov deyib ki, Nərmin Şahmarzadə Azərbaycan xalqının heysiyyatı ilə oynayır:

“Bu adam psixoloq deyil, o psixdir”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 413}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22