fim.az

Rayonlara gediş-gəliş qadağası ləğv olundu, amma gedən yoxdur — VİDEO

9-09-2020, 13:59

Rayonlara gediş-gəliş qadağası ləğv olundu, amma gedən yoxdur — VİDEO


Rayonlara avtobuslar fəaliyyət göstərmədiyindən vətəndaşlar şəhərlərarası işləyən taksilərə üz tuturlar.
Xezerxeber.az xəbər verir ki, ötən gündən rayonlara gediş-gəliş üçün qoyulan qadağa götürülsə də, şəhərlərarası işləyən taksilərdən istifadə edənlər adi günlərdən fərqlənmir.

Sürücülər deyirlər ki, müştərilərinin çox olacağını gözləsələr də, rayonlara üz tutanların sayı elə də çox olmayıb.

Vətəndaşlar isə bildirirlər ki, əvvəlki günlərdə gediş haqqında qiymət fərqi bütün rayonlar üzrə müşahidə edilib. Lakin hazırda tələbat az olduğundan qiymət bahalaşması yoxdur.
Sürücülərin sözlərinə görə, yollar bağlı olduğu müddətdə az sayda sərnişinlə eyni yolu getdiklərindən qiymətdə fərq olub. Hazırda isə tələbin az olması ilə qiymətlər əvvəlki qaydada saxlanılıb.

Sürücülər hazırda sıxlığın müşahidə edilmədiyini, həftəsonları isə müraciətlərin çox olacağını deyirlər.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 403}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22